Dünya futbolu

Lopeteqi “Real”da son günlərini yaşayır

“Real”  baş məşqçisi Xulen Lopeteqini istefaya göndərir.

“Kral klubu”na yaxınlığı ilə bilinən “Marca” qəzetinin məlumatına görə,  Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Viktoriya” ilə oyuna böyük ehtimalla başqa mütəxəssis çıxaracaq. Xəbərdə  Lopeteqinin yerinə düşünülən ən əsas namizəd isə “Beşiktaş”ın məşqçisi Quti olduğu iddia olunub .

Qeyd edək ki, Madrid təmsilçisi  ardıcıl 5 oyundur qələbə üzünə həsrətdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43