Kateqoriyasız

“Açıq oynasaq, “Qarabağ” təhlükəli olacaq” – “Viktoriya”nın baş məşqçisi

“Viktoriya”nın baş məşqçisi Mixal Bilek Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransı keçirilib.

İdmanxeber.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– “Qarabağ”ın hansı tərəflərinə diqqət etmək lazımdır?
– Qarabağ”ın hücum keyfiyyəti əladır. Bütün oyunçular texnikalı və sürətlidirlər. Topu qapımızdan mümkün qədər uzat tutmaq üçün onlara az yer verməliyik. Onların keyfiyyətlərini bilirik. İlk oyundakı kimi oynasaq və bir az üstünə qoysaq, yaxşı nəticə əldə edə biləcəyimizə inanıram”.

– Vatslav Jemelkanı hansı mövqedə oynatmağı düşünürsüz?
– Oyunumuzla bağlı iki variantımız var. Bunlardan biri 3-lü müdafiədir. Son məşqdən sonra baxacağıq. Vatslav ilk oyunda sol cinahda yaxşı çıxış etdi. Sabah da belə mövqedə oynaya bilər.

– Lukaş Heydanı necə əvəz edəcəksiz?
– Sabaha qədər vaxtım var. İki mümkün “11-liy”im var. Hər ikisi də keyfiyyətlidir. Sabah qərar verəcəm. Bütün futbolçularım hazırdırlar.

– Plzendəki matç Bakıdakından fərqli olacaq?
– Oxşar oyun olacaq. “Qarabağ”ın III təsnifat mərhələsində Budapeştdəki cavab oyununu izlədik. “Ferentsvaroş” hesabı açmaq üçün cəhd etdi, ancaq sonda 1:3 hesabıyla uduzdu. “Qarabağ” da məhz bunu istəyir. Açıq oynasaq, “Qarabağ” təhlükəli olacaq. Buna imkan verməməliyik.

– Məşqçilik karyeranızın ən vacib oyununa çıxacağınızı düşünürsüz?
– Yəqin ki, belə olacaq. Məşqçi kimi Çempionlar Liqasında olmamışam. Mənimlə yanaşı, əksər oyunçularımız da burada olmayıb. Evimizdə güclüyük. İnanıram ki, uğurlu olacağıq.

– Con Moskera ilk matçda qırmızı vərəqə ala bilərdi. Futbolçularınızı aqressiv oyundan çəkindirirsiz?
– Bunları müzakirə etmişik. Lazımsız hərəkət etmişdi ilk oyunda. Uğur qazanmaq istəyiriksə, futbolçularımın intizamı 100 faiz olmalıdır.

Sabah Plzendəki “Dusan” stadionunda keçiriləcək “Viktoriya” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 23:00-da start götürəcək. Komandalar arasında Bakıda tutan matçda qalib müəyyənləşməyib – 0:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43