Kateqoriyasız

“Standart vəziyyətlər bizim gücümüzdür” – “Viktoriya”nın futbolçusu

“Viktoriya”nın (Çexiya) futbolçusu Lüdek Pernitsa Çempionlar Liqasının pley-off mərhələsində  “Qarabağ”la cavab oyunu öncəsi keçirilən mətbuat konfransında iştirak edib.

İdmanxeber.az xəbər verir ki, müdafiəçi sabahkı matçla bağlı bunları deyib:

“Qarabağ” irəlidə narahatlıq yaradır. Arxada isə zəif yerləri var, o qədər də güclü deyillər. Şanslar hər zaman var. Ev oyununda da standart vəziyyətlərə diqqət yetirəcəyik. Bu, oyunun əsas açarlarından biri ola bilər. Standart vəziyyətlər bizim gücümüzdür.

Lukaş Heyda oynasaydı da, çətin olacaqdı. Təbii ki, o, bizim kapitanımızdır və onsuz daha çətin ola bilər. Lakin biz digər oyunçulara da inanırıq”.

Sabah Plzendəki “Dusan” stadionunda keçiriləcək “Viktoriya” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 23:00-da start götürəcək. Komandalar arasında Bakıda tutan matçda qalib müəyyənləşməyib – 0:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43