Dünya futbolu

Məşhur klubun bazasında yanğın – 10 ölü

Braziliyanın “Flamenqo” klubunun təlim-məşq bazasında yanğın baş verib.

Faciə nəticəsində 10 nəfər həlak olub, 2 şəxs isə ağır xəsarət alıb. Hadisə Rio-de-Janeyro təmsilçisinin yeniyetmələrdən ibarət komandasının hazırlıq keçdiyi məkanda olub.

Ölənlər arasında futbolçuların olub-olmaması barədə məlumat yoxdur. Yanğının səbəbləri bəlli deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43