Ölkə futbolu

“Qol vurmaq məni xoşbəxt edir” – Ağabala Ramazanov

“Mənim üçün qol vurmağa davam etmək çox önəmlidir. Bu, məni xoşbəxt edir. Amma daha vacibi komandamızın uğurudur”.

Bu sözləri “Səbail”in futbolçusu Ağabala Ramazanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

25 yaşlı hücumçu Topaz Premyer Liqanın 16-cı turunda evdə “Zirə ilə qarşılaşacaqları görüş barədə də fikir bildirib: “Bizi “Zirə”yə qarşı vacib oyun gözləyir. İstəyimiz yalnız davamlı olaraq qalib gəlməkdir”.

Qeyd edək ki, fevralın 10-da keçiriləcək “Səbail” – Zirə” matçı saat 16:30-da başalayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43