Dünya futbolu

Madrid klubundan növbəti rəsmi transfer

“Atletiko” növbəti transferini rəsmiləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu  “Portu”da çıxış edən Hektor Herreranı rənglərinə bağlayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Meksika millisinin üzvü “Atletiko”ya azad agent kimi keçib. O,  ötən mövsüm “Portu”nun heyətində 53 oyuna 9 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43