Kateqoriyasız

Mahir Emreli ayın ən zəif futbolçusu seçildi

“Legiya” klubunda oktyabr ayının ən yaxşı futbolçusu məlum olub.

Varşava təmsilçisinin qapıçısı Çezari Mişta 3 xalla ayın oyunçusu seçilib. Bu barədə “legionisci.com” saytı məlumat yayıb.

“Legiya”da çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli isə -5 xalla ayın ən zəif futbolçusu sırasında yer alıb.

Mahirlə yanaşı, Lirim Kastrati də -5 xala layiq görülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43