Kateqoriyasız

“Mahir Emreli çempionatda bərbaddı”

“Mahir Emreli də Çeslav Mixneviç (komandanın keçmiş baş məşqçisi) kimidir. Avropada yaxşı, çempionatda bərbaddır. Başlıqda bunu versəz, narahat olmayacam”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Legiya” klubunun sabiq futbolçusu Voytsex Kovalçik Polşa mətbuatına açıqlamasında deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Mixneviç artıq vəzifəsindən ayrılıb. Onu göndərmək futbolçuları göndərməkdən daha rahatdır. Bəlkə də, kubokda uduzmaqdan qorxdular”.

“Legiya” Kovalçiki məhkəməyə verməyə hazırlaşır. Səbəb kimi onun komandanın bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə ittiham etməsidi. Sabiq forvardın ittiham etdiyi futbolçular arasında Mahir Emreli də var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43