Kateqoriyasız

Mahir Emreli “Legiya”nın heyətində het-trik etdi

Millimizin üzvü Mahir Emreli yeni klubu “Legiya”da qol hesabını açıb.

İdmanxeber.az-in məlumatına görə, hücumçumuz Avstriyanın 3-cü liqa təmsilçisi “Bisşofşofen” klubu ilə keçirilən yoxlama matçında start heyətində meydana daxil olub və görüşün 6, 22 və 36-cı dəqiqələrdə rəqib qapısına yol tapıb.

Hazırda oyun davam edir və “Legiya” 4:0 hesabı ilə qalib gəlir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43