Ölkə futbolu

Makedoniya millisinin üzvü “Xəzər Lənkəran”a keçdi

Xəbər veridiymiz kimi Makedoniya millisinin üzvü Deyan Blazevski "Xəzər Lənkəran"da baxışda idi.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, futbolçu özünü yaxşı tərəfdən göstərməyi bacarıb və onunla ilkin müqavilə imzalanıb. Yekun müqaviləyə isə yaxın günlərdə imza atılacaq.

Qeyd edək ki, Blazevskinin son klubu ölkəsində "Turnovo" olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43