Kateqoriyasız

“Makkabi”, “Kopenhagen”, “Budo Qlimt” bunu bacarmadı – “Qarabağ” isə…

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk görüşləri başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, turnirdəki təmsilçimiz “Qarabağ”ın “Viktoriya” ilə oyunda etdiyi qolsuz bərabərliyi Tofiq Bəhrəmov adına Respublika stadionundan 31 min 150 tamaşaçı izləyib. Bu pley-off matçları içərisində ən yaxşı ikinci göstəricidi.

Bu mərhələnin stadiondan ən çox azarkeş izlədiyi qarşılaşması “Reyncers” – PSV oyunu olub – 49 min 097 azarkeş.

Ümumilikdə sıralama aşağıdakı kimidi:

“Reyncers” (Şotlandiya) – PSV (Niderland) – 49097 tamaşaçı

“Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Plzen, Çexiya)  – 31150 tamaşaçı

“Makkabi” (Hayfa, İsrail) – “Srvena Zvezda” (Serbiya) – 29132 tamaşaçı

“Kopenhagen” (Danimarka) – “Trabzonspor” (Türkiyə) – 27520 tamaşaçı

“Dinamo” (Kiyev, Ukrayna) – “Benfika” (Portuqaliya) – 16450 tamaşaçı

“Budo Qlimt” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya)  – 7762 tamaşaçı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43