Kateqoriyasız

Maltanı məyus edən azərbaycanlı: “Yaxınlarım həmişə deyirdilər ki…”

“Çətin oyun oldu. Qolu erkən vurmağımız arxayınçılığa səbəb olbu. Ancaq xarakter nümayiş etdirib ikinci qolu da vurduq”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında Azərbaycna milli komandasının üzvü Cavid Hüseynov deyib.

Maltanın qapısından ilk topu keçirən Hüseynov oyunlarından məmnun qalmadığını bildirərək, daha sonra bunları deyib:

“Açığı oyunumuzdan razı qalmadım. İstədiyimiz oyunu sərgiləyə bilmədik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Amma çox da yüksək səviyyədə oynamadıq.

Yaxınlarım həmişə deyirdilər ki, səndən qol gözləyirik. Yəqin ki, onların duaları bu gün qəbul olundu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43