Dünya futbolu

Maltanın baş məşqçisi: “Hər iki oyundan da yaxşı nəticə qazana bilərik”

Malta millisinin baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasında Kosovo və Azərbaycanla keçiriləcək oyunlar barəsində danışıb. O, oyunlara yaxşı hazırlaşdıqlarını bildirib:

“Bizi qarşıda 2 çətin oyun gözləyir. Məşqçilər korpusumuz yorulmadan futbolçularımızı həmin qarşılaşmalar üçün ən yaxşı formaya gətirməyə çalışır. Hazırlığın gedişindən çox məmnunam. Digər oyunlardakı heyətimizi qoruyub saxlaya bilmişik. Hər iki oyundan yaxşı nəticə qazanacağımıza ümid edirik”.

Qeyd edək ki, Malta yığması oktyabrın 14-ü Bakı Olimpiya Stadionunda Azərbaycanla qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43