Dünya futbolu

“Mançester Siti”dən “Roma”ya

“Mançester Siti” müdafiəçisi Aleksandar Kolarovla yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, Serbiya millisinin üzvü karyerasını İtaliyada davam etdirəcək. Təcrübəli müdafiəçi “Roma”ya transfer olub. “Canavarlar” 31 yaşlı futbolçu üçün qarşı tərəfə 5 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Kolarov 2010-cu ildə “Latsio”dan “Mançester Siti”yə 16 milyon funt-sterlində keçmişdi. Aleksandar “şəhərlilər”in heyətində 165 oyuna 11 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43