Dünya futbolu

“Mançester Siti”nin futbolçusu “Fənərbaxça”da

“Mançester Siti”nin futbolçusu Qael Klişi karyerasını “Fənərbaxça”da davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, azad agent olan futbolçu “Mançester Siti”ni tərk edib. İstanbul təmsilçisi ilə artıq hər şey həll edilmək üzrədir. Tərəflər 3 illik müqavilə imzalamağı planlaşdırır.

Böyük ehtimalla yaxın günlərdə müdafiəçi rəsmən “Fənərbaxça”nın futbolçusu olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43