Dünya futbolu

“Mançester Yunayted” “Napoli”nin bombardirini transfer edir

“Napoli”nin yarımmüdafiəçisi Dris Mertens karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, Neapol təmsilçisinin ən məhsuldar futbolçusu “Mançester Yunayted”in hədəfinə düşüb.

Mançester klubunun nümayəndələri 29 yaşlı futbolçu ilə danışıqlara başlayıb. Məlumata görə, tərəflər arasında baş tutan ilk görüş 2 saat çəkib.

Xatırladaq ki, Mertensin “Napoli” ilə müqaviləsi 2018-ci ilə qədərdir. Hələlik tərəflər onun uzadılmasında razılığa gələ bilmir. “Napoli” xavbekə hazırki 1.2 milyon əvəzinə 2.4 milyon avro məvacib təklif edir. Lakin Mertens bu təkliflə razılaşmaq istəmir.

Qeyd edək ki, cari mövsüm A seriyasında futbolçunun aktivində 24 oyunda 18 qol var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43