Dünya futbolu

Baş məşqçi etiraf etdi: “Ramil Şeydayevə ehtiyacımız yoxdu”

Türkiyənin “Trabzonspor” klubu “Jilina”ya icarəyə verdiyi millimizin üzvü Ramil Şeydayevin xidmətində maraqlı deyil.

İdmanxeer.com-un məlumatına görə, bunu Qara dəniz təmsilçisinin baş məşqçisi Ərsun Yanal açıqlayıb. Təcrübəli mütəxəssis bildirib ki, gənc hücumçunu komandadan birdəfəlik göndərmək lazımdı. Belə ki, baş məşqçi klubun prezidenti Muhamrrem Usta ilə görüşündə Ramil də daxil olmaqla 7 oyunçunu komandada görmək istəmədiyini deyib. 55 yaşlı çalışdırıcı bildirib ki, icarədə olan bütün futbolçular satılmalıdı. Çünki onların heç birinin “Trabzonspor”un əsas heyətində oynamaq şansı yoxdu. Qeyd edək ki, Ramil Şeydayevin “Jilina” ilə icarə müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43