Dünya futbolu

“Mançester Yunayted”də daha 2 futbolçu zədələnib

“Mançester Yunayted”in heyətində ciddi itkilər var.

İdmanxeber.com-un məlumatına görə, Xuan Matadan sonra “qırmızı şeytanlar”ın daha 2 futbolçusu uzun müddətə sıradan çıxıb.

Belə ki, komandanın futbolçusu Kris Smollinq və Fil Cons da uzun müddət yaşıl meydanlarda olmayacaq.

Bu barədə Mançester klubunun baş məşqçisi Joze Mourinyo məlumat verib. O, hər iki oyunçunun İngiltərə milli komandasının düşərgəsində zədələndiyini deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43