Kateqoriyasız

“Mançester Yunayted”dən “Real”a 75 milyon avro

“Real” (Madrid) klubunun yarımmüdafiəçisi Xames Rodriqes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu xəbəri məşhur “goal.com” portalı yazıb.

24 yaşlı futbolçu “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

“Real”ın əsas heyətindən kənarda qalan kolumbiyalı futbolçunun komandadan ayrılmaq istədiyi bildirilir. Rodriqesin təzminat qiyməti 75 milyon avrodur. İngiltərə təmsilçisi Rodriqes üçün bu məbləğdən keçməyə razıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43