İdman

Güləşçilərimiz İrandan 2 medalla dönür

İranın paytaxtı Tehranda sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçirilib.

İdmanxeber.com-un məlumatına görə, turnirdə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri mübarizə aparıb. 

Güləşçilərimiz turniri 2 bürünc medalla başa vurub. Yunan-Roma güləşçilərimizdən Sakit Quliyev 59 kq çəki dərəcəsində turnirin bürünc medalına yiyələnib. 

Sərbəst güləşçilərimizdən isə Mircəlal Həsənzadə (57 kq) bürünc medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43