Dünya futbolu

“Mançester Yunayted”in futbolçusu rəsmən “Real Sosyedad”da

“Real Sosyedad” “Mançester Yunayted”in futbolçusu Adnan Yanuzayı transfer edib.

İdmanxeber.com-un məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Real Sosyedad” bu transfer üçün 11 milyon avro təzminat ödədiyib.

Qeyd edək ki, A.Yanuzay son iki mövsümdə icarə əsasında Dortmund “Borussiya”sında və “Sanderlend”də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43