Dünya futbolu

Mançini “Zenit”də ilk transferini reallaşdırdı

“Zeni”t klubu Kristian Noboanın keçidini rəsmiləşdirib.

İdmanxeber.com-un məlumatına görə, 32 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Noboa Sankt Peterburq klubuna azad agent kimi transfer olunub.

2007-ci ildən Rusiyada çıxış edən ekvadorlu futbolçu “Rubin”də oynayırdı. Ordan isə “Dinamo”ya yollanmışdı. Bir müddət PAOK-da da çıxış edən Noboa son olaraq “Rostov”un futbolçusu olub.

Qeyd edək ki, Piter klubunun kapitanı Danni komandadan ayrılmaq ərəfəsindədir. O, öz instaqram hesabında “Sənin üçün darıxacağam, Peterburq” – yazıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43