Dünya futbolu

Ronaldo: “Məni tənqid edənlərə öz oyunumla cavab verdim”

“Məni tənqid edənlərə öz oyunumla cavab verdim”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Real”ın hücumçusu Kriştiano Ronaldo dünən Çempionlar Liqasının finalında “Yuventus”la oyundan (4:1) sonra deyib. Görüşdə dubl edən portuqaliyalı futbolçu qeyd edib ki, onu haqsız yerə tənqid edənlər bundan sonra da dayanmayacaq: “Onlar yenə də danışacaqlar”.

Ronaldo bildirib ki, 32 yaşı olmasına baxmayaraq, özünü əla formada hiss edir: “Mənim pasportdakı yaşım sadəcə quru rəqəmdən ibarətdir. Özümü yeniyətmə kimi hiss edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43