30 Sentyabr 2023
Dünya futbolu

Mane Premyer Liqaya doğru

“Bavariya”nın hücumçusu Sadio Manenin gələcək karyerası bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, seneqallı oyunçu komandada qalmayacaq. O, daha öncə açıqlamasında Münhen təmsilçisindən ayrılmaq istədiyini bildirib. 

İddiaya görə, təcrübəli forvard karyerasını Premyer Liqada davam etdirəcək. Belə ki, Manenin tələb etdiyi illik 20 milyon avroluq maaşı yalnız İngiltərə klubları verə bilər.

O, cari mövsüm “Bavariya” forması ilə 37 oyun keçirib və 12 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43