Dünyadan

Maradona 5-ci divizion komandasında işə düzəldi

Ötənlərin məhşur futbolçusu Dieqo Maradonanın yeni iş yeri müəyyənləşib.

Argentinalı veteran futbolçu bundan sonra ölkəsinin 5-ci divizion komandası olan “Deportivo Riesta”da məsləhətçi kimi işləyəcək.

Qeyd edək ki, bu ilin əvvəllərində Dieqo Maradona məşqçi işinə qayıtmaq niyyətində olmadığını açıqlayıb. “Deportivo Riesta” 1931-ci ildə Buenos-Ayresdə təsis olunub. Bu komanda tarixi ərzində heç vaxt 4-cü diviziondan yuxarı qalxa bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43