Dünya futbolu

Maradona böyük futbola qayıdır?

Bir vaxtların məhşur futbolçusu Dieqo Maradonanın yenidən böyük futbola qayıdacağı xəbərləri dolaşır.

İdmanxeber.com-un məlumatına görə, onun  "Debortivo Riestra" klubununun maraq dairəsinə düşdüyü bildirilir.

Bu barədə açıqlama verən klubun prezidenti Qustavo Varela əsl həqiqətə belə toxunub: Yox, Dieqonun bizə futbolçu və yaxud məşqçi kimi qoşulmaq şansı yoxdur. Doğrudu, onu sıralarımızda görmək istəyirdik. Hər halda, Maradonanın klubumuza məsləhətçi kimi xeyirli olacağı barədə fikir mübadiləsi aparmışıq. Amma bu məsələdə irəliyə doğru heç bir addım atılmayıb.

Qeyd edək ki, "Deportivo Riestra" Argentinanın 5-ci divizionunda mübarizə aparır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43