Ölkə futbolu

Marat İzmaylov: “Mənim mütəmadi oyun praktikam olmalıdır”

"Qəbələ"nin yeni rusiyalı transferi Marat İzmaylov ölkəsinin yığmasının dünya çempionatındakı şanslarını dəyərləndirib.

İTAR-TASS agentliyinə danışan futbolçu bunları deyib:

"Dünya çempionatı haqda optimist düşünürəm. Qarşıdakı mundialdan müsbət gözləntilərim var. Millimizdə yaxşı nəsə alınmalıdır. Qrupumuza gəlincə məni daha çox yığmamızın gücü maraqlandırır. Düşünürəm ki, Rusiya millisi dünya çempionatında istənilən qrupdan çıxa bilər".

O, yenidən milliyə qayıda biləcəyi sualına belə cavab verib: "Mən hər şeyə real yanaşıram. Bunun üçün mənim mütəmadi oyun praktikam olmalıdır. Məhz bunun sayəsində mən "Portu"ya qayıda bilərəm. Əgər orada yaxşı çıxış etsəm, o zaman yenidən Rusiya millisində oynamaq şansım yaranar".

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43