Ölkə futbolu

Qurban Qurbanov “Xəzər Lənkəran” yenilgisindən və “Qəbələ”ylə keçirəcəkləri çətin oyundan danışdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ”ylə oyun öncəsi klubun rəsmi saytına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran” yenilgisini unutduqlarını deyən Qurbanov, “Qəbələ”nin gücündən danışıb:

“Qəbələ” cari mövsüm olduqca xoş təsir bağışlayır. Hazırkı mövqedə qərarlaşmaları heç də təsadüfi deyil. Qışda etdikləri transferlərlə də gücləniblər. Çempionatın ilk yarısındakı qazandığımız qələbələr hazırda bizə bir şey vermir. Təbii ki, hazırda rəqibimiz ilk 2 oyunu unutmayıb. Daha yaxşı və fərqli hazırlaşacaqlar. Biz isə “Xəzər Lənkəran”la matçı artıq yaddan çıxarmışıq. Daha doğrusu, məğlubiyyətlə yaşamaq düzgün deyil. Qarşıda daha 17 oyun var. Bizi olduqca ağır matç gözləyir. Azarkeşlərin maraqlı futbol izləyəcəyini də söyləmək olar. “Xəzər Lənkəran”la görüşdə qol epizodlarının boşa verilməsi futbolçularda üzgünlük yarada bilər, amma ruh düşkünlüyünə səbəb ola bilməz. Qarşıda hələ uzun bir marafon var.  Bu qarşılaşmalara motivasiyalı olmaq lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43