Ölkə futbolu

Marat İzmaylov: “…”Portu”ya qayıtmaq istəyirəm”

“Qəbələ”nin “Porto”dan transfer etdiyi Marat İzmaylov UEFA-nın rəsmi saytına müsahibə verib.

O, ölkəmizi seçməyinin səbəbini açıqlayıb və gələcək hədəflərindən danışıb:

“Hər şey qəflətən baş verdi. Axşam “Qəbələ”dən təklif aldım və tərəddüd etmədən bunu qəbul etdim. Artıq növbəti gün əşyalarımı toplayaraq Bakıya uçdum”.

“Hazırda əsas məqsədim tezliklə əvvəlki formamı bərpa etməkdir. Yuri Syomin “Qəbələ”ni seçməyimin əsas səbəbkarlarından biridir. Azərbaycan çempionu olmaq və ölkə kubokunu qazanmaqda ona və komandasına kömək etmək üçün gəlmişəm. Düzdür, fiziki baxımdan hazırlığım istənilən səviyyədə deyil. Ancaq forma yığmaq və nəticə vermək üçün maksimum səy göstərəcəm”.

“Azərbaycan çempionu olmaq mənim üçün nə dərəcədə vacibdir? Təbii ki, insan hər zaman qələbə qazanmaq istəyir. Hətta uşaq ikən məhəllə futbolu oynadıqda belə qalib gəlməyə can atırsan. Üstəlik futbol mənim həyatımın əsas məşğuliyyətidir. Azərbaycanda futbola böyük maraq var. “Qəbələ” ilə çempion olmaq və ölkə kubokunu götürmək mənim böyük arzumdur. Daha sonra isə “Portu”ya qayıtmaq istəyirəm”.

“Portu” ilə 2015-ci ilə qədər müqaviləm var. Yenidən ora qayıdıb, komandama kömək etmək istəyirəm və titul qazanmağı arzulayıram. Bu əsas məqsədimdir. Rusiya millisi? Təbii ki, çətin görünsə də bu barədə düşünürəm. Hər şey məndən asılıdır. Əgər “Qəbələ” və “Portu”da mütəmadi oynasam, o zaman milliyə də dəvət ala bilərəm. Buna inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43