Ölkə futbolu

“Maribor”un futbolçusu: “Bu çıxışı “Qəbələ” ilə matçda da göstərməliyik”

“Lyublyana” ilə oyun göstərdi ki, komandamız düzgün yoldadır. Bu, həm çempionat, həm də Avrokubok matçları üçün bizi xeyli ümidləndirir”. 

İdmanxeber.com-un məlumatına görə, bunu “Maribor”un yarımmüdafiəçisi Dare Vrsiç deyib.

 

Sloveniya çempionatının IV turunda lider “Lyublyana”nı qəbul edən “Maribor” qarşılaşmadan 1:1 hesablı bərabərliklə ayrılıb. Bu nəticə isə “Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibini xeyli məyus edib.

 

Qələbəyə layiq oyun nümayiş etdirdiklərini bildirən 32 yaşlı Vrsiç “Qəbələ” ilə görüşlər barədə də danışıb. O, Avrokubokda qrup mərhələsinə düşəcəklərindən əminliklə danışıb: “Lyublyana” ilə heç-heçəyə çox üzüldük. Azarkeşlər oyunumuzdan razı qalmalıdı. Biz durmadan hücum edir, rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yarada bilirik. Azarkeşlərimiz də bizdən bunu tələb edirlər. Fikrimcə, daha uğurlu nəticələrə layiqik. Bu çıxışı “Qəbələ” ilə Avrokubok matçlarında da göstərməliyik. Getdikcə daha yaxşı forma yığırıq. “Qəbələ”yə qarşı da belə oynasaq, əminəm ki, qrup mərhələsinə adlayan tərəf biz olacağıq”.

 

Qeyd edək ki, “Qəbələ” ilə “Maribor” arasında ilk oyun avqustun 18-də Bakıda keçiriləcək.(Apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43