Dünya futbolu

Mario Balotelli:”Poqba ilə Mançesterdə tanış olmuşduq”

İtaliya millisinin və "Liverpul"un hücumçusu Mario Balotelli fransız həmkarı Pol Poqbanı tərifləyib.

İdmanxeber.com-un məlumatına görə, forvard Poqba ilə tanışlığı barədə fikirlərini bildirib:

"Onunla Mançesterdə tanış olmuşduq. Menecerimiz də (Mino Rayola) eyni idi. Daha sonra o "Yuventus"a gəldi, mən isə "Milan"a getdim. Ona qarşı oynamaq hər zaman əyləncəliydi.Yaxşı əlaqələrimiz var.  Əla futbolçu olduğunu və gələcəkdə ən yaxşılardan biri olacağını söylədim".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43