Müsahibə

Marko Tardelli: “Azərbaycan millisinin böyük potensialı var” – MÜSAHİBƏ

İtaliyalı futbol mütəxəssisi Marko Tardellinin müsahibəsi

– Azərbaycan futbol federasiyasından sizə müraciət edən olub?
– Xeyr. Azərbaycandan mənə heç bir təklif gəlməyib.

– Amma İtaliya mətbuatı AFFA-nın sizə 3 illik müqavilə təklif etdiyini yazır…
– Mən bu haqda heç nə bilmirəm. Mənə belə bir təklif gəlsəydi, fəxr edər və sevinərdim.

– Niyə?
– Çünki Azərbaycan yığmasından yaxşı və rəqabətədavamlı komanda yaratmağın mümkünlüyünə əminəm.

– Azərbaycan yığmasını iş başında görmüsüz?
– Bəli. Bir ay öncə Palermoda İtaliya yığmasına qarşı oyununuzu gördüm. Sizin oyunçuların çıxışı xoşuma gəldi. Onlar sonadək vuruşdular, qol vəziyyətləri də yaratdılar.

– Kyellini olmasaydı, matç heç-heçə bitə bilərdi?
– Bəli. Amma unutmayın ki, o, həm də Azərbaycan yığması üçün çalışdı (gülür).

– Yəni siz Azərbaycanda işləmək istəyirsiz?
– Məmnuniyyətlə. Mənə elə gəlir ki, Azərbaycan yığmasının böyük potensialı var. Ən azından Palermodakı oyuna əsasən belə demək mümkündü.

– Bəs sizin Yunanıstan yığmasını çalışdırmağa yaxın olduğunuz barədə xəbərlər nə dərəcədə doğrudu?
– Yunanların mənimlə maraqlandığını bilirəm. Amma bütün bu məsələlərlə menecerim məşğul olur.

azerisport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43