Dünyadan

“Ya Azərbaycana, ya da “Qalatasaray”a “hə” deyəcəm”

Serbiya millisinin sabiq baş məşqçisi, dünən Bosniya və Hersoqovina yığmasından istefaya göndərilən Safet Suşiç millimizin baş məşqçisi vəzifəsinə namizədlər siyahısındadır.

İdmanxeber.com-un məlumatına görə,  Suşiç bir müddət öncə “Qalatasaray” və Azərbaycan milli komandasından dəvət aldığını, lakin bunları dəyərləndirmədiyini bildirib. Ancaq təcrübəli mütəxəssis bu dəfə bu təkliflərdən birini dəyərləndirəcəyini bildirib:

“Həmin təklifləri o zaman müsbət cavablandırmamışdım. Ancaq indi böyük ehtimalla bu təkliflərdən birini qəbul edəcəm”.

Qeyd edək ki, bir müddət əvvəl AFFA-dan bildirilib ki, Foqtsun istefasından sonra S.Suşiç meneceri vasitəsi ilə federasiyaya müraciət edərək millimizdə çalışmaq istədiyini deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43