Dünya futbolu

Marselo “Lion”da!

Fransanın “Lion” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, Liqa 1 təmsilçisi Türkiyənin “Beşiktaş” klubunun müdafiəçisi Marselo Antonionu transfer edib. 30 yaşlı futbolçu bu gün Fransaya gedib tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Lionlular braziliyalı mərkəz müdafiəçisinin keçidi üçün İstanbul klubuna 8,5 milyon avro ödəyəcək.

Qeyd edək ki, “Beşiktaş” Marselonu ötən mövsümün əvvələində Almaniyanın “Hanover” klubundan 2 milyon avroya trasfer etmişdi. O, “qara qartallar”ın heyətində meydana çıxdığı 33 matçda 3 qolla yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43