Premyer Liqa

Mbillayla bağlı son durum: “Neftçi”yə qarşı oynaya biləcəkmi?

"Xəzər Lənkəran"ın "Qarabağ"la oyunda zədələnən futbolçusu Mbilla Etamenin durumuna aydınlıq gəlib.

İdmanxeber.com-un klubdan əldə etdiyi məlumata görə, ikili mübarizədə yerdə qalan kamerunlu hücumçunun zədəsi elə də ciddi deyil. 26 yaşlı Mbilla Premyer Liqanın 20-ci turu çərçivəsində Lənkəranda keçiriləcək "Neftçi"ylə "Böyük oyun"da Cənub klubuna kömək edə biləcək. 

Qeyd edək ki, "Xəzər Lənkəran" Skarlatakenin yeganə qolu ilə "Qarabağ"ı məğlub edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43