Dünya futbolu

“Arsenal” ŞOKda: dünən aldı, bu gün zədələndi

Londonun “Arsenal” klubunun icarə əsasında dünən heyətinə qatdığı Kim Çelstrem, ilk məşqindəcə zədələnərək 2-3 aylıq sıradan çıxıb. İsveçli futbolçu haqda bu xəbəri vətənindəki “Aftonbladet” qəzeti məlumat verib. “Arsenal” tərəfindən isə bu məlumatı hələ təsdiqləməyiblər.

Xatırladaq ki, londonlular futbolçunu Moskva “Spartak”ından mövsümün sonuna qədər icarəyə götürmüşdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43