İdman

Media Komitəsinin İdarə Heyətinə yeni üzvlər seçilir

Bu gün AFFA yanında Media Komitəsinin İdarə Heyətinə yeni üzvlərin seçilməsi üçün seçki keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, seçki prosesi 15:00-da AFFA-nın inzibati binasında başlayacaq.

Seçkidə İdarə Heyətinə seçilmək üçün aşağıda adları qeyd olunmuş 8 namizəd mübarizə aparacaq.

1. Cəlilov Elçin (futbolpress.az)

2. Cəfərov İbrahim (futbolxeber.az)

3. Əhmədov Araz (sportfm.az)

4. Hacı Kamran (allsport.az)

5. Xeyrullayev Vüqar (apasport.az)

6. Mikayıllı Ruslan (azerisport.com)

7. Rüstəmli Mahir (Futbol+)

8. Tağıyev İlqar (Het-trik news)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43