İdman

İslamiada: Millimizin rəqibləri məlum oldu

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarının püşkü atılıb.

İdmanxeber.com-un məlumatına görə, 23 yaşadək futbolçulardan ibarət milli komandamız A qrupunda  Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşlə birgə mübarizə aparacaq.

B qrupunda isə Fələstin, Oman, Əlcəzair və Türkiyə yer alıb.

Qeyd edək ki, futbol yarışları mayın 8-dən başlanacaq. Qrupları ilk 2 pillədə başa vuranlar mayın 18-də yarımfinalda qarşılaşacaqlar. Final matçı isə mayın 21-i keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43