Kateqoriyasız

Mərkəzi arenanın kassaları boşalmaq bilmir: “Qarabağ” – “Dnepr” oyununa nə qədər bilet satılıb?

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" – "Dnepr" oyununa bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, sabah keçiriləcək oyun üçün satışa çıxarılan 30 mindən çox biletdən artıq 16 mini satılıb. 

Oyun gününədək bütün biletlərin satılacağı gözlənilir.

Qeyd edək ki, "Qarabağ" – "Dnepr" oyunu saat 21:00-da keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43