Dünyadan

“Qalatasaray”ın avrokuboklardan uzaq qalma təhlükəsi

“Qalatasaray”ın Çempionlar Liqasının qrup mərhələsində “Borussiya”ya qarşı oyununda (1:4)  azarkeşlərin etdiyi hərəkət klub prezidentini qorxuya salıb.

İdmanxeber.com-un məlumatına görə, klub prezidenti Duyqun Yarsuvar baş verən hadisələrlə bağlı bu açıqlamanı verib:

“Azarkeşlər meydançaya məşəl atdığı üçün matç dayandırıldı. Futbolçular onları sakitləşdirməyə çalışdı. Bu hadisələr oyunçuların həvəsdən düşməsinə səbəb oldu. UEFA bizə ağır cəza tətbiq edə bilər. Hətta avrokuboklardan uzaqlaşdırıla bilərik.  Baş verənlərə çox üzüldüm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43