Milli komanda

Məşhur futbolçu: “Azərbaycanla son rəsmi oyun göstərdi ki…”

Sabah yoldaşlıq oyunu çərçivəsində millimizlə qarşılaşacaq Rusiya yığmasının məşqçisi Sergey Semak qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, media nümayəndələrinin suallarını cavablandıran Kapellonun yeni köməkçisi bunları deyib:

“Azərbaycanla son rəsmi oyun (1:1) göstərdi ki, zəif komanda yoxdur. Futbolçuların rahat oynamaları üçün onların bərpa olunmasını təmin etməliyik. Hər kəs bilir ki, Rusiya yığması üçün sıradan bir oyun yoxdur. Bütün matçlar bizim üçün rəsmi xarakter daşıyır və hədəfimiz yalnız qələbə qazanmaqdır”.

Qeyd edək ki, sabah “Ximki Arena”da keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43