İdman

Məşqçilər Komitəsi millimizin üzvləri ilə görüşdü

AFFA-nın Məşqçilər Komitəsinin nümayəndələri seleksiya xarakterli təlim-məşq toplanışında olan 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandalarının üzvləri ilə görüşüblər.

İdmanxeber.com-un məlumatına görə, toplanış çərçivəsində U-17 və U-19  yığmalarının yoxlama oyunu keçirilib.

Oyundan əvvəl AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, komitənin üzvləri Ağasəlim Mircavadov və Şakir Qəribov hər iki komandanın heyəti ilə görüşüb, müvafiq tövsiyələrini veriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43