Dünya futbolu

Messi ömürlük müqavilə imzaladı

“Barselona”nın ulduz futbolçusu Lionel Messi “Adidas” şirkəti ilə “ömürlük” müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatın görə, yeni müqaviləyə əsasən, futbolçu karyerasının sonunadək “Adidas” şirkəti ilə əməkdaşlıq edəcək. Onun Alman markası ilə imzaladığı müqavilədən nə qədər qazanacağı isə hələ ki, məlum deyil.

Xatırladaq ki, gələn il “Barselona” ilə müqaviləsi başa çatacaq futbolçu Kataloniya klubu ilə hələ də yeni müqavilə imzalamayıb.

Qeyd edək ki, 5 dəfə “Qızıl top” mükafatına layiq görülən 29 yaşlı ulduz futbolçu cari mövsüm “Barselona”nın heyətində 31 görüşdə iştirak edib. O, bu görüşlərdə 31 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43