Dünya futbolu

“Messi səhər məşq etmək istəmirdi”

PSJ-nin sabiq futbolçusu Jerom Rotin Lionel Messinin klubdan ayrıldığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, o, argentinalı futbolçunun PSJ-dəki məşqlərindən razı qalmadığını bildirib:

“Onun bir dəfə məşqdən ayrıldığı günü xatırlayıram. Klub baldırından yüngül zədə aldığını bildirərək hər şeyi ört-bastır etdi. Bütün bunlar səhv, əsassız idi. Səbəb? Başı yaxşı olmadığından məşqi tərk etdi. O, paltardəyişmə otağına qayıtdı, duş qəbul etdi və getdi. Bu, onun məşqçisinə və komanda yoldaşlarına nə qədər hörmət etdiyini göstərir.

O, tez-tez məşq tempini dəyişməyi tələb edirdi. Səhər məşq etmək istəmirdi. Messi bir neçə dəfə heyətə səhər idman etməyin yaxşı olmadığını, günortadan sonra məşq etməli olduqlarını söyləyib. Xoşbəxtlikdən heyət ona təslim olmadı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43