Dünya futbolu

Messini yıxmağına peşman etdilər

İspaniya
Futbol Federasiyasının İntizam Komitəsi gözlənilməz qərar qəbul edib.

İdmanxeber.com-un
məlumatına görə, La Liqanın son turunun “Barselona” – “Atletiko” matçının (2:1)
44-cü dəqiqəsində Lionel Messiyə qarşı kobud oynadığına görə bir başa qırmızı vərəqə
ilə meydandan qovulan Felipe Luisin cəzası açıqlanıb. Qurum Madrid klubunun
futbolçusunu həddindən artıq kobud oynadığına görə 3 oyunluq cəzalandırıb. Federasiya
eyni halın təkrar baş verəcəyi təqdirdə braziliyalı müdafiəçiyə daha sərt cəzaya
məruz qalacağı barədə xəbərdarlıq edib.

Qeyd
edək ki, La Liqanın əsasnaməsinə görə, bir başa qırmızı vərəqə ilə cəzalanan
futbolçu avtomatik olaraq 2 oyunluq cəzaya məruz qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43