Milli komanda

Farer adalarından geri, Ermənistandan öndə

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Prosineçkinin rəhbərlik etdiyi milli komandamızın mövqeyində  heç bir dəyişiklik olmayıb.

Ötən ay heç bir oyun keçirməyən yığmamız hazırda 296 xalla 116-cı pillədə qərarlaşıb. Hazırkı cədvəldə millimiz Farer adaları və Fələstin kimi yığmalardan geri qalır. 

Siyahıya yenə Belçika yığması başçılıq edir. Argentina millisi ikinci, İspaniya isə üçüncü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43