Dünya futbolu

Mesut Özil karyerasını bu klubda davam etdirəcək

“Fənərbağça”dan ayrılan Mesut Özilin yeni klubu bəlli olub.

İdmanxeber.az “TRT Spor”a istinadən xəbər verir ki, futbolçu Superliqanın digər təmsilçisi – “Başakşehir”lə anlaşıb.

34 yaşlı təcrübəli yarımmüdafiəçi ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Mesut Özil 2021-ci ilin yanvarında “Fənərbağça” ilə 3,5 illik sözləşmə imzalamışdı. Özil bu il martın 24-də sabiq baş məşqçi İsmail Kartalla məşqdə mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43