Dünya futbolu

Milan Baroş sabiq klubuna qayıtdı

Çexiya millisinin sabiq üzvü Milan Baroşun yeni klubunun adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, son mövsümü Liberetsin “Slovan” klubunun heyətində keçirən təcrübəli futbolçu karyerasını ölkəsində davam etdirəcək.

35 yaşlı futbolçu yetirməsi olduğu “Banik” klubuna keçib. Forvard yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Hücumçu klubun rəsmi saytına verdiyi açıqlamada xoşbəxt olduğunu dilə gətirib.

Qeyd edək ki, Baroş karyerası ərzində “Liverpul”, “Aston Villa”, “Lion” və “Qalatasaray” kimi məşhur komandalarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43