Dünya futbolu

Alveş “Yuventus”dan gedir

Dani Alveşin bu yay “Yuventus”u tərk edəcəyi dəqiqləşib.

Bu barədə klubun idman direktoru Beppe Marotta məlumat verib:

“Dani bizə fərqli klubda oynamaq istədiyini söylədi. Bu, onun qərarıdır. Biz də onun istəyi ilə müqaviləsinin qarşılıqlı razılaşma əsasında ləğv olunmasına qərar verdik. Ona karyerasında uğurlar arzulayırıq”.

Qeyd edək ki, D.Alveşin “Mançester Siti”yə keçəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43