Dünya futbolu

“Milan” da Çin şirkətinə satıldı

İtaliyanın  “Milan” klubunun  səhmlərinin böyük bir hissəsi satılıb.

İdmanxeber.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə  klub prezidenti Silvio Berluskoni açıqlma verib.

Bu seçimlə o, “Milan”ın əvvəlki gücünü bərpa edəcəklərini deyib: “Mən klubun idarəçiliyini çinli sponsora həvale etdim. Onlar “Milan”ın əvvəlki əzəmətini qaytara bilər. Şərtimizə görə, onlar qarşıdakı iki il ərzində transferlər üçün 400 milyon avro ayıracaq. Klubun bütün idarəçiləri çinli olacaq”.  

Adı mətbuata gizli qalan Çin şirkətinin “Milan”ın səhmlərinin 80 faizi üçün 750 milyon avro ödədiyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43